Rusiyanın Ukraynadakı itkiləri barədə yeni məlumat - 25100 hərbçi, 1122 tank, 199 qırıcı...

 11:38 07.05.2022     200

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin "Facebook" səhifəsində bildirilib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya tərəfinin təxminən 25100-dən çox canlı qüvvəsini itirdiyini bəyan edib.

Qeyd olunub ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1 122 tankı, 2713 zirehli döyüş maşını, 509 artilleriya sistemi, 172 reaktiv yaylım atəşi sistemi, 84 havadan müdafiə sistemi, 199 hərbi təyyarəsi, 155 helikopteri, 1934 avtomobil texnikası və yanacaq çəni, 11 gəmi/kateri, 341 dronu, 38 xüsusi avadanlığı, 90 qanadlı raketi məhv edilib.