Türkiyə daha 73 terrorçunu MƏHV ETDİ

 11:58 07.05.2022     384

İraqın şimalındakı "Pəncə-Kilid" antiterror əməliyyatında indiyədək 73 terrorçu zərərsizləşdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə milli müdafiə nazir Hulusi Akar məlumat verib.

O bildirib ki, türkiyəli hərbçilər üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirirlər. “Sərhədlərimiz milli məsələdir. Təəssüf ki, saxta xəbərlərlə, videolarla fərqli rəy yaratmağa çalışırlar”.