Rusiya meşələri YANIR

 14:40 07.05.2022     301

Rusiyanın Krasnoyarsk vilayətində meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Redaktor.az xəbər verir ki, bu barədə bölgənin Meşə Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, güclü külək meşə yanğınlarının sürətlə yayılmasına səbəb olub. Bəzi yaşayış məntəqələrində elektrik enerjisi kəsilib. 

Hazırda meşə yanğınları 5 min kvadrat metr ərazidə davam edir.

Nikolsk yaşayış məntəqəsində 5 nəfər həlak olub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.