Türkiyə bazalarını vurduq – İranlı generalın şok səs yazısı

 15:13 07.05.2022     340

SEPAH-ın sabiq kəşfiyyat rəisi Hüseyn Taibin qardaşı, eyni zamanda “Əmmar” qərargahının rəhbəri Mehdi Taibin Türkiyə ordusu ilə bağlı səs yazısı ortaya çıxıb.

Redaktor.az  Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Haber7.com” saytı məlumat yayıb.

Bildirilir ki, səs qeydində M.Taib “Türkiyə Silahlı Qüvvələrinin İraqdakı bazalarını biz hədəf aldıq” ifadələrini işlədib.

Eyni zamanda, M.Taibin Ankaranın ABŞ-ın sanksiyalarından yan keçmək üçün İranla əməkdaşlıq etdiyini, Türkiyənin neft idxalından asılı olduğunu və müharibə ehtimalında İranın Türkiyə limanlarını ballistik raketlərlə vuracağını dediyi iddia olunur.