İtaliyada Putinin 700 milyonluq yaxtasını müsadirə ETDİLƏR

 15:18 07.05.2022     645

İtaliya hökuməti Rusiyaya məxsus “Scheherazade” adlı yaxtaya həbs qoyub.

Redaktor.az xəbər verir ki, bu barədə İtaliyanın İqtisadiyyat və Maliyyə Nazirliyi açıqlama yayıb.

Qərara əsasən, Karara limanında lövbər salan “Scheherazade” adlı yaxta maliyyə polisi tərəfindən müsadirə olunub. Nazirlik lüks yaxtanın kimə aid olduğu açıqlamayıb.

Yerli mətbuat yaxtanın Rusiya hökumətinin məşhur şəxsləri ilə əlaqəsi olduğunu bildirib.

140 metrlik lüks yaxtanın iki helikopter meydançası var və 18 qonaq və 40 ekipaj üzvünü qəbul edə bilir.

Müsadirə edilən yaxtanın Rusiya Prezidenti Vladimir Putinə məxsus olduğu iddia edilib.