Müxalifət Paşinyandan əl çəkmir – Növbəti aksiya başladı

 21:18 07.05.2022     515

Ermənistan müxalifəti İrəvanın Fransa meydanında növbəti etiraz aksiyasına başlayıb.

Redaktor.az xəbər verir ki, aksiya iştirakçıları baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Aksiya erməni estrada ulduzlarının konserti ilə başlayıb, daha sonra çıxışlarla davam edəcək.

Qeyd edək ki, bu gün səhər saatlarında İrəvanın mərkəzində qadınların iştirak etdiyi yürüş keçirilib. Bundan başqa, Ermənistanın digər rayonlarında da bir sıra aksiyalar təşkil olunub.

Xatırladaq ki, aprelin 25-dən başlayaraq Ermənistanda kütləvi etiraz aksiyaları keçirilir.