Ukrayna dövlət işçilərinin maaşlarını Dünya Bankı ödəyəcək
Dünya Bankı Ukraynaya 1,5 milyard dollar ayıracaq.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat verib
Bildirilir ki, vəsait dövlət orqanlarında və büdcə təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının ödənilməsi üçün büdcə xərclərinin ödənilməsinə yönəldiləcək.
Bundan əvvəl Ukrayna Baş naziri Denis Şmıqal bildirib ki, fevralın sonundan Qərb ölkələri Kiyevə 12 milyard dollar məbləğində hərbi və maliyyə yardımı edib.












