Rusiya və Yaponiya arasında gərginlik ARTIR

 22:08 07.05.2022     376

Rusiya Müdafiə Nazirliyi yeni sualtı qayıq əleyhinə raket sisteminin Yapon dənizində uğurla sınaqdan keçirildiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, Moskvanın bu addımı Yaponiya və ABŞ üçün təhlükə kimi şərh edilib.

Rusiya Müdafiə Nazirliyi sualtı qayıq əleyhinə raket sisteminin ən son versiyasının Yapon dənizində uğurla sınaqdan keçirildiyini açıqlayıb.

Qeyd olunub ki, Rusiyanın Sakit Okean Donanmasındakı Korvet tipli döyüş gəmisindən "Otvet" sistemi ilə buraxılan raket təyin olunmuş sualtı hədəfi dəqiqliklə vurub. Moskvanın bu addımı Yaponiya və Sakit okean regionunda ən böyük müttəfiqi olan Vaşinqtona hədə-qorxu gəlmək kimi şərh edilib.

Məlumdur ki, düşmənin sualtı qayıqlarını məhv etmək üçün nəzərdə tutulan "Otvet" sualtı zenit-raket kompleksi "91R1 Kalibr" raket kompleksi əsasında hazırlanıb.

Bildirilir ki, korvetlər, freqatlar və digər növ döyüş gəmilərində quraşdırıla bilən sistem vasitəsilə müxtəlif növ raketlər buraxıla bilər. Atış məsafəsi 50 kilometrə qədər olan "Otvet" sistemi ilə atılan raketlər dənizin 800 metr altındakı hədəfləri vura bilir.