Ruslar “Qrad”la uşaqları ÖLDÜRDÜ

 22:37 07.05.2022     647

Rusiya ordusu Luqansk vilayətinin Privolye kəndində zərbələr endirib.

Redaktor.az xəbər verir ki, bu barədə Luqansk hərbi-mülki administrasiyasının rəhbəri Sergey Qaydai məlumat verib.

O bildirib ki, zərbələr nəticəsində 11 və 14 yaşlı iki uşaq həlak olub. Kəndin "Qrad" raket sistemləri ilə atəşə tutulduğu qeyd edilib.

Hücumlar zamanı 12 və 8 yaşlı iki qız, habelə 69 yaşlı bir qadın yaralanıb. Sergey Qaydai əlavə edib ki, polis hələ də kənddə araşdırma aparır, qurbanların sayı daha çox ola bilər.