İrlandiyanın birləşməsinin tərəfdarları seçkilərdə qalib gəldi

 00:02 08.05.2022     267

Tarixdə ilk dəfə olaraq "Sinn Fein" partiyası Şimali İrlandiya Assambleyasına (yerli parlament) seçkilərdə qalib gəlib

Redaktor.az xəbər verir, bu barədə BBC məlumat yayıb.

İlkin nəticələrə əsasən, partiya 90 yerdən ən azı 27-sini qazanıb. 

"Sinn Fein" İrlandiyanın yenidən birləşməsi tərəfdarıdır. Partiya lideri Mişel Onil səsvermənin nəticələrini Şimali İrlandiya üçün "həlledici" adlandırıb.

Şimali İrlandiyanın Böyük Britaniyanın tərkibində saxlanmasının tərəfdarı olan Demokratik Yunionist Partiyası 24 yer qazanıb. Ötən çağırışda partiyanın 27 mandatı var idi.

Liberal "Alyans" partiyası 17 mandat qazanıb. Ulster Unionist Partiyası da Böyük Britaniyada qalmağın tərəfdarı - 9 yer. Daha 7 yer Sosial Demokratların payına düşüb.

"Sinn Fein" 1905-ci ildə yaradılıb və Şimali İrlandiya və İrlandiya Respublikasında fəaliyyət göstərir. Partiya nümayəndələri İrlandiya Respublika Ordusu (IRA) yaraqlıları ilə əlaqədə olmaqda ittiham olunur, lakin siyasi təşkilat bunu inkar edir.