Rusların Ukraynadakı itkiləri  AÇIQLANDI

 12:52 08.05.2022     1108

Ukrayna müharibənin 73-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, Rusiya indiyə qədər 25 500 hərbçi, 1130 ədəd tank, 2771 ədəd zirehli döyüş maşını, 509 ədəd artilleriya sistemi, 179 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 86 hava hücumundan müdafiə sistemi, 199 ədəd hərbi təyyarə, 156 ədəd helikopter, 1961 ədəd avtomobil texnikası, 12 ədəd gəmi/kater, 76 ədəd yanacaq sisterni, 360 ədəd PUA, 39 ədəd xüsusi texnika, 92 qanadlı raket itirib.