Erməni deputatın oğlu cinayət törədib QAÇDI

 14:13 08.05.2022     617

Ermənistanın hakim Vətəndaş Müqaviləsi Partiyasından olan deputat Sergey Baqratyanın oğlu, 27 yaşlı Şant Baqratyan barəsində axtarış elan edilib.

Redaktor.az bu barədə “Shamshyan.com” kriminal xəbər saytına istinadən məlumat verir.

Məlumata görə, naməlum şəxslər Vayos Dzorda yerləşən “Tamsar” yanacaqdoldurma məntəqəsinin direktoru Vahe Asatryanın ofisinə soxularaq onu döyməyə başlayıblar. Hücum edənlərdən biri, 27 yaşlı Baqratyan direktoru dəmir əşya ilə vurub.

Faktla bağlı cinayət işi başlanıb.

Lakin məhkəmənin onun həbsi ilə bağlı qərar çıxarmasından sonra gəncin azadlıqda olduğu üzə çıxıb.