Səudiyyə Ərəbistanı kralı xəstəxanaya yatırıldı

 14:42 08.05.2022     1060

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz bəzi tibbi müayinələr üçün xəstəxanaya yerləşdirilib.

Redaktor.az TRT-yə istinadən xəbər verir ki, 86 yaşlı Kral Ciddədəki Kral Feysəl Xəstəxanasına aparılıb.

Monarxın səhhətilə bağlı digər təfərrüatlar açıqlanmayıb.

Qeyd edək ki, sonuncu dəfə Kral Salman müayinə məqsədilə 20 iyul 2020-ci ildə xəstəxanaya aparılıb və üç gün sonra öd kisəsindən əməliyyat olunub.