Ukraynanı 6 milyona yaxın insan tərk edib

 14:47 08.05.2022     2088

Müharibə başlayandan indiyədək 5,8 milyondan çox insan Ukraynanı tərk edib.

Redaktor.az xəbər verir ki, bu barədə BMT Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) məlumat yayıb.

Məlumata görə, onların əksəriyyəti Polşaya gedib, hazırda orada 3 milyon 167 min 805 ukraynalı qaçqın var.

Həmçinin 857 min 846 nəfər Rumıniyaya, 739 min 418 nəfər Rusiyaya, 557 min 418 nəfər Macarıstana, 453 min 848 nəfər Moldovaya, 391 min 592 nəfər Slovakiyaya, 26 min 278 nəfər isə Belarusa üz tutub.