Rusiya ilə İran arasında viza rejimi LƏĞV EDİLƏCƏK

 17:06 08.05.2022     285

Rusiya Baş nazirinin müavini, Rusiya-İran müştərək iqtisadi komissiyanın həmsədri Aleksandr Novak İrana səfər edəcək.

Redaktor.az İran mətbuatına istinadən xəbər verir ki,  bunu İranın xarici işlər nazirinin müavini Mehdi Səfəri deyib.

Aleksandr Novak səfər çərçivəsində İran prezidentinin müavini ilə görüşəcək.

Mehdi Səfəri qeyd edib ki, səfər çərçivəsində iki ölkə arasında maliyyə və iqtisadi sahədə əməkdaşlıq, tranzit problemlərinin həlli, neft və qaz sahəsində əməkdaşlıq, eləcə də viza rejiminin qarşılıqlı ləğvi ilə bağlı danışıqlar aparılacaq.