Qətliama hazırlaşan rus neonasistlər həbs edildi - VİDEO

 20:34 08.05.2022     415

Moskvanın Çeryomuşkinski Məhkəməsi Kosino dəmir yolu stansiyası yaxınlığında evsizləri öldürməyi planlaşdıran 2004 və 2005-ci il təvəllüdlü üç yeniyetməni həbs edib.

Redaktor.az xəbər verir ki, onlara qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (hər hansı bir sosial qrupa qarşı nifrət və ya düşmənçilik zəminində əvvəlcədən sui-qəsd əsasında bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsin öldürülməsinə hazırlıq) ilə ittiham irəli sürülüb.

Neonasist qruplaşmasının tərəfdarı olan gənclər cinayəti mayın əvvəlində planlaşdırıblar. Onlar buna hazırlaşarkən yanacaq-sürtkü materialları alıb, tez alışan qarışıqlar hazırlayıblar.

Mayın 7-də axşam onlar meşə zolağında evsizlərin toplandığı yerə və Kosino stansiyasına gediblər. Orada planlarını həyata keçirmək istərkən polis tərəfindən saxlanılıblar.