"G-7" Rusiya neftindən İMTİNA ETDİ

 20:45 08.05.2022     315

G7 ("Böyük Yeddilik") ölkələrinin liderlərinin virtual formatda görüşü keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə  Ağ Evin saytında məlumat dərc edilib.

İclas zamanı ölkələr Rusiya neftinin idxalını mərhələli şəkildə dayandırmaq və ya qadağan etmək öhdəliyi götürüblər. Bildirilir ki, bu addım Putinin iqtisadiyyatının əsas arteriyasına ağır zərbə vuracaq və onu müharibəni maliyyələşdirmək üçün lazım olan gəlirdən məhrum edəcək.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen "Twitter" hesabında bildirib ki, iclasda Ukrayna lideri Volodimir Zelenski də iştirak edib.

"Bu gün Ukrayna Prezidenti Zelenskinin iştirakı ilə biz G7 ölkələri Rusiyanın işğalı qarşısında Ukraynaya dəstəyimizi necə gücləndirəcəyimizi müzakirə etdik", - deyə o qeyd edib.

Məlumata görə, virtual görüşdə Ukrayna üçün əlavə maliyyə yardımı və Ukraynanın ixracına, xüsusilə də kənd təsərrüfatı mallarının ixracına kömək üçün addımların atılması müzakirə olunub.