Bu ölkə də Kiyevə zirehli maşın göndərir

Portuqaliya hökuməti Ukraynaya 15 zirehli texnika və 5 artilleriya qurğusu göndərəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Portuqaliyanın "Nascer do Sol" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşr mənbələrə istinadən bildirir ki, Portuqaliyanın baş naziri Antonio Kosta may ayının sonunda Ukraynaya səfər edəcək.
Kiyevə göndəriləcək hərbi texnikalar Amerika istehsalı 15 ədəd M113A zirehli transportyor və 5 yedəkdə daşınan artilleriya qurğusu olacaq.
Portuqaliya, həmçinin Ukraynaya 50 radiostansiya və bəzi yüngül silah növləri verməyi planlaşdırır.
Qəzet onu da qeyd edib ki, zirehli transportyorlar 30 ilə yaxındır Portuqaliya ordusunun istifadəsindədir, lakin Birləşmiş Ştatlar onların təhvil verilməsində israrlıdır.