Rusiyadan nüvə təhdidi- "Yarım saata NATO ölkələrini məhv edərik"

 21:18 08.05.2022     286

Rusiya nüvə silahının köməyi ilə NATO ölkələrini yarım saata məhv edə bilər. 

Redaktor.az xəbər verir ki, bunu Roskosmosun rəhbəri Dmitri Roqozin bildirib

O qeyd edib ki, Rusiya nüvə müharibəsinə yol verməməlidir, çünki onun nəticələri planetə təsir edəcək.

Roqozin hesab edir ki, bunun əvəzində Rusiya iqtisadi və hərbi cəhətdən daha güclü olan bu düşməni adi silahlı vasitələrlə məğlub etməli olacaq.

“Nüvə müharibəsində NATO ölkələri bizim tərəfimizdən yarım saat ərzində məhv ediləcək. Lakin biz buna imkan verməməliyik, çünki nüvə zərbələrinin nəticələri Yer kürəsin təsir edəcək”, - deyə Roqozin Teleqram kanalında yazıb.