Zelenski Kiyevdə Xorvatiyanın baş naziri ilə görüşdü

 22:02 08.05.2022     355

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Xorvatiyanın Baş naziri Andriy Plenkoviçlə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna lideri sosial şəbəkə hesabında bildirib.

“Andrey Plenkoviçlə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi, azad edilmiş ərazilərdə normal həyatın bərpası üçün əməkdaşlığı, eləcə də Ukraynanın Avropa İttifaqına inteqrasiyasını müzakirə etdik”, - Zelenski qeyd edib.

Xorvatiyanın Baş naziri Andrey Plenkoviç Zelenski ilə görüşündən sonra Kiyevdə ölkəsinin diplomatik missiyasının işini bərpa etdiyini açıqlayıb.

Yeri gəlmişkən, Xorvatiya Ukraynaya kömək üçün 5 milyon avro ayırmağı planlaşdırıb.

Vumart və Güvən reklamı Vumart Güvən