Tacikistan qoşunlarını Əfqanıstanla sərhədə YIĞDI

 22:28 08.05.2022     215

Mayın 7-də Əfqanıstanın Taxar əyalətinin Xoca Qor sərhəddində “Taliban” və İŞİD yaraqlıları arasında baş verən toqquşmadan sonra Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd qoşunları döyüş hazırlığı vəziyyətinə gətirilib.

Redaktor.az xəbər verir ki, bu barədə “Xovar” agentliyi Sərhəd Qoşunlarının mətbuat mərkəzinə istinadən məlumat yayıb.

Məlumata görə, “Taliban”la İŞİD-çilərin döyüşü bir saat yarım davam edib.

Toqquşma zamanı mərmilər təsadüfən Tacikistan ərazisinə düşüb. İnsan tələfatı və maddi zərər olmayıb.