Kanadanın baş naziri Zelenskiyə söz verdi

 23:22 08.05.2022     314

Kanada Rusiyadan olan 40 fiziki və beş hüquqi şəxsə qarşı sanksiya tətbiq etməyə hazırlaşır.

Redaktor.az xəbər verir ki, bu barədə Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşən Kanada Baş naziri Castin Trüdo məlumat verib.

O, bildirib ki, ölkəsi Ukraynaya əlavə hərbi yardım göstərəcək.

Yeni hərbi yardıma pilotsuz uçan aparatlar, peyk sistemləri, atıcı silahlar, döyüş sursatı və minalardan təmizləmə üçün avadanlıqlar daxil olacaq.

Trüdo "müdafiə sektoru ilə əlaqəli oliqarxlar və rejim müttəfiqlərinin" məhdudiyyətlərə məruz qalacağını qeyd edib.