Rusiyanın Ukraynadakı itkiləri daha da artdı - 25650 hərbçi, 1145 tank, 199 qırıcı...

Ukrayna Rusiya ordusunun itirdiyi canlı qüvvə və texnikanın sayını açıqlayıb.
Redaktor.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının feysbuk səhifəsinə istinadla xəbər verir ki, fevralın 24-dən bu günədək Rusiyanın 25650 hərbçisi zərərsizləşdirilib.
Bundan başqa, işğalçıların 1 145 ədəd tankı, 2 764 ədəd zirehli döyüş maşını, 513 ədəd artilleriya sistemi, 185 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 87 hava hücumundan müdafiə sistemi, 199 ədəd hərbi təyyarəsi, 158 ədəd helikopteri, 94 qanadlı raket, 1 970 ədəd nəqliyyat vasitəsi, 12 ədəd gəmi/kateri, 377 ədəd dronu və 41 ədəd xüsusi texnikası məhv edilib.
T.İSMAYIL