Moskvada Qələbə paradı keçirilir

 11:11 09.05.2022     329

Moskvada Qızıl Meydanda faşizm üzərində qələbənin 77 illiyinə həsr olunan Qələbə paradı keçirilir.

Redaktor.az xəbər verir ki, paradda Rusiya Prezidenti Vladimir Putin və digər rəsmi şəxslər iştirak edir.

Qeyd edək ki, Moskvada 9 May Qələbə paradının hava hissəsi ləğv edilib.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Qələbə paradında aviasiyanın keçidiyinin hava şəraitinə görə ləğv edildiyini söyləyib.