“NATO ölkələri bizi eşitmək istəmədi” - Putin

 12:19 09.05.2022     3631

“NATO ölkələri bizi eşitmək istəmədi. Onların tamamilə başqa planları var idi”.

Redaktor.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin faşizm üzərində qələbənin 77-ci ildönümünə həsr olunan paradda bildirib.

Putinin fikrincə, NATO ölkələrinin Krıma hücum üçün hazırlıq planları vardı.

"NATO bizə sərhədləri yaxın olan əraziləri hərbi cəhətdən mənimsəməyə başlayıb”,- Rusiya prezidenti çıxışında vurğulayıb.

Qeyd edək ki, Rusiyanın paytaxtı Moskvanın Qızıl Meydanında faşizm üzərində qələbənin 77 illiyinə həsr olunan parad keçirilir.