Putin Ukraynada ölən hərbçilərin övladları barədə FƏRMAN İMZALADI

 12:30 09.05.2022     3017

Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən Qələbə Paradında çıxışı zamanı Ukraynada xüsusi hərbi əməliyyatda həlak olan hərbçilərin övladlarına yardım edilməsi haqqında fərman imzaladığını açıqlayıb.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, Rusiya lideri deyib:

“Hər bir əsgər və zabitimizin ölümü hamımız üçün kədərdir. Dövlət, rayonlar, müəssisələr onların ailələrinin qayğı ilə əhatə olunması üçün hər şeyi edəcək. Biz həlak olan yoldaşlarımızın övladlarına xüsusi dəstək verəcəyik”.

Putin daha sonra yaralanan əsgər və zabitlərin tezliklə sağalmasını arzulayıb.

Qeyd edək ki, fərmana əsasən, "xüsusi təyinatlı hərbi əməliyyat"da həlak olan iştirakçıların övladları Rusiya ali məktəblərinə kvota çərçivəsində qəbul imtahanları olmadan daxil ola biləcəklər.

Sənəddə göstərilir ki, bu kvota "hər bir ixtisas və ya təhsil sahəsi üçün federal büdcədən ayrılan vəsaitlər hesabına qəbul hədəflərinin ümumi həcminin" 10%-ni təşkil edəcək.

T.İSMAYIL