Rusiya yenidən “Azovstal”a hücum etdi

Rusiya qoşunları Mariupolda “Azovstal”a hücumlarını davam etdirir.
Redaktor.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Mariupol merinin müşaviri Petro Andryuşenkonun teleqram kanalına istinadən məlumat yayıb.
“Gözlənildiyi kimi, BMT nümayəndələrinin maşın karvanı Donetsk vilayətini tərk etdikdən sonra işğalçılar yenidən basqın edərək “Azovstal”a hücuma keçiblər. O cümlədən onlar körpünü yarıb keçməyə cəhd ediblər. Lakin müdafiəçilər düşmənin növbəti hücumunu da dəf ediblər”, - məlumatda deyilir.