Kanada azərbaycanlı milyarderi “qara siyahı”ya saldı

 14:28 09.05.2022     322

Kanada Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.

Redaktor.az xəbər verir ki, rusiyalı iş adamları və digər rəsmi şəxslər daxil olmaqla 40 nəfər Kanadanın “qara siyahı”sına salınıb.

Sanksiya tətbiq olunanlar arasında “Lukoyl” şirkətinin keçmiş rəhbəri, Azərbaycan əsilli Rusiya vətəndaşı Vahid Ələkbərovun da adı yer alıb.

Bundan əlavə, “Sberbank”ın idarə heyətinin sədr müavini Olqa Qolodets, Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Yunus-Bek Yevkurov, general Şarip Delimxanov, Dövlət Dumasının deputatı Adam Delimxanov da sanksiyalara məruz qalıb.