Rusiyalı milyarder şaman ritualında öldü

 14:54 09.05.2022     372

“Lukoyl” şirkətinin keçmiş meneceri və milyarder Aleksandr Subbotin müəmmalı şəkildə dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, hadisə barədə Telegram kanalı məlumat yayıb.

Bu məsələdə Maqua adlı şaman və arvadının adı hallandırılır. Onlar Mıtişi şəhərindəki adi bir evdə müştəriləri qəbul edir və xəstələri alternativ təbabətin köməyi ilə müalicə edirlər.

Məlumata görə, onlar rituallarında qurbağa zəhərindən, xoruz qanından və ruhların köməyindən istifadə edirmişlər.

Milyarder Aleksandr Subbotin də mütəmadi olaraq şamanın xidmətlərindən istifadə edib və asma xəstəliyindən sağalmağa çalışıb. Sonuncu seans zamanı onun səhhəti kəskin şəkildə pisləşib, nəticədə dünyasını dəyişib.

Hadisə ilə bağlı polis araşdırması aparılır.