Şarl Mişel Odessaya getdi

 15:32 09.05.2022     812

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukraynanın Odessa şəhərinə səfərə gedib.

Redaktor.az xəbər verir ki, bu barədə siyasətçi tviterdə yazıb.

“Puşkinin “sən Avropanı hiss edə bilərsən” dediyi Odessada Avropa Gününü qeyd etməyə gəlmişəm. Bu gün Ukrayna xalqı öz abidələrini güllə, raketlərdən, öz azadlığını isə Rusiyanın təcavüzündən qoruyur. Sən yalnız deyilsən. Avropa İttifaqı sizinlədir”, - Şarl Mişel vurğulayıb.