Moskva Rusiya səfirinə edilən hücumla bağlı Polşaya etiraz etdi

 16:08 09.05.2022     1845

Rusiya Xarici İşlər Nazirliyi Polşaya etirazını bildirib.

Redaktor.az xəbər verir ki, bunu Rusiya XİN açıqlayıb.

Məlumata görə, xarici əlaqələr idarəsi rəsmi Varşavadan bu gün pozulmuş əklilqoyma mərasimini yenidən təşkil etməyi tələb edib.

Qeyd edək ki, bu gün Varşavada Rusiyanın Polşadakı səfiri Sergey Andreyev sovet əsgərlərinin qəbiristanlığına əklil qoymaq istəyərkən ona “faşistlər!” sədaları altında qırmızı boya atılıb. Nəticədə səfir mühafizəçilərin müşayiəti altında dərhal hadisə yerini tərk edib.