Ukrayna desantçılarından rus hərbçilərə "Qələbə günü təbriki" - FOTO

Nikolaev desantçıları ekipajla birlikdə Rusiyanın "Tiger" zirehli avtomobilini məhv ediblər.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 79-cu Əlahiddə Hücum Briqadasının İctimaiyyətlə Əlaqələr Xidməti məlumat yayıb.
"Nikolayev desantları İkinci Dünya müharibəsində nasizm üzərində Qələbə günü münasibətilə rus işğalçılarını belə “təbrik ediblər”. Ekipajla birlikdə növbəti döyüş zirehli maşını “Tiger” məhv edilib", - deyə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının feysbuk paylaşımında qeyd olunub.
T.İSMAYIL

