Çavuşoğlu BMT nümayəndəsi ilə Ukraynanı müzakirə etdi

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Millətlər Təşkilatının(BMT) baş katibinin müavini Martin Qriffitslə görüşüb.
Redaktor.az xəbər verir ki, bu barədə Çavuşoğlu özünün "Tvitter" hesabında məlumat paylaşıb.
Nazir qeyd edib ki, görüş zamanı Ukraynadakı humanitar vəziyyət və Suriyadakı əməkdaşlıq müzakirə olunub.