Ukraynanın Avropa İttifaqına üzv olması onilliklər çəkə bilər

 17:30 09.05.2022     253

Biz bilirik ki, Ukraynanın Avropa İttifaqına üzvlüyünə imkan verən proses illər, düzünü desək isə onilliklər çəkə bilər.

Redaktor.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron deyib. Fransa lideri Aİ-yə üzvlük standartlarının aşağı salınması halında Ukraynanın İttifaqa daha tez üzv ola biləcəyini də əlavə edib.

O, Strasburqda Avropa Parlamentinin Avropanın gələcəyi ilə bağlı təşkil etdiyi konfransın bağlanış mərasimində çıxışı zamanı bunları söyləyib.