Ruslar ukraynalı komandan müavinini ÖLDÜRDÜLƏR

 19:20 09.05.2022     738

Ukrayna Hərbi Dəniz Qüvvələri komandanının aviasiya üzrə müavini, polkovnik İqor Bedzay döyüşlərdə həlak olub.

Modern.az xəbər verir ki, bu barədə “Sağ qayıt” fondunun direktoru Taras Çmut məlumat yayıb.

O, qeyd edib ki, Bedzay Rusiya raketi ilə vurulan Mi-14 helikopterinin ekipajının tərkibində olub.

"O, daha çox Sak yaxınlığındakı Novofedorovkadan olan 10-cu Hərbi Dəniz Aviasiya Briqadasının keçmiş komandiri kimi tanınır”, - deyə Çmut  bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən