Rusiyada meşə yanğınlarında qurbanların sayı artdı - VİDEO

 19:49 09.05.2022     2055

Rusiyanın Krasnoyarsk diyarının min hektar ərazisində 19 meşə yanğını qeydə alınıb.

Redaktor.az Kommersant.ruya istinadən xəbər verir ki, bu barədə regional meşə yanğınları mərkəzinin saytında məlumat yerləşdirilib.

Bildirilir ki, ölənlərin sayı 7 nəfərə çatıb. Bundan əvvəl ikisi uşaq olmaqla beş nəfərin həlak olduğu deyilmişdi.

Bundan başqa, 19 nəfər xəsarət alıb. Ümumilikdə 1200-dən artıq insanın zərər çəkdiyi vurğulanır.

Həmçinin 518 yaşayış binası və 309 qeyri-yaşayış binası məhv olub.

Bölgədə fövqəladə vəziyyət elan edilib.