ABŞ-ın rusları vurmaq üçün göndərdiyi artilleriya QURĞULARI

ABŞ indiyədək Ukraynaya 85 artilleriya qurğusu (haubitsa) verib.
Redaktor.az xəbər verir ki, bu barədə "Politico" nəşrinin jurnalisti Lara Seliqman ABŞ Müdafiə Nazirliyindəki yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Ukraynaya ümumilikdə 90 haubitsa göndəriləcək, buna görə də artıq tədarüklər yekunlaşmaq üzrədir.
Mənbə bildirib ki, Ukrayna ordusunun bir neçə yüz hərbçisi hazırda həm bu silahlar, həm də digər təchiz olunmuş texnika ilə bağlı təlimlər keçir.
CNN isə qeyd edib ki, 20 ukraynalı hərbçi "Phoenix Ghost" pilotsuz uçan aparatı, daha 60 ukraynalı hərbçi isə M113 zirehli personal daşıyıcısında (BTR) təlimləri tamamlayıb.