Makrondan Avropanı yeni təşkilatda birləşdirmək ÇAĞIRIŞI

Fransa prezidenti Emmanuel Makron Ukrayna kimi Avropa İttifaqı (Aİ) ilə eyni dəyərləri paylaşan ölkələrin “Avropa siyasi cəmiyyəti” adlı təşkilatın damı altında birləşməsini təklif edib.
Redaktor.az xəbər verir ki, o, Britaniya, Ukrayna, Moldova, Gürcüstan kimi ölkələrin bu təşkilata üzv olmasının vacibliyini vurğulayıb.
"Yeni təşkilat dəyərlərimizə sadiq olan demokratik Avropa dövlətlərinə təhlükəsizlik, enerji və nəqliyyat kimi sahələrdə əməkdaşlıq üçün yeni məkan tapmaq imkanı verəcək, - deyə o qeyd edib.
Makron təklifin Avropa İttifaqının qurumlarına təqdim edildiyini bildirib.