​​​​​​​Keçmiş diktatorun oğlu prezident  SEÇİLDİ

 22:19 09.05.2022     374

Filippində keçirilən prezident seçkilərində 64 yaşlı Ferdinand Markos qalib gəlib.

Redaktor.az  xəbər verir ki, Filippin Seçki Komissiyasının (COMELEC) qeyri-rəsmi məlumatlarına görə, keçmiş diktator Ferdinand Markosun eyniadlı oğlu təxminən 24 milyon səslə prezidentlik yarışında rəqiblərini geridə qoyub.

Markosun ən yaxın rəqibi, vitse-prezident Leni Robredodur. O, 12 milyona yaxın səslə ikinci sıradadır.

İndiyədək hesablanan səslərdən keçmiş boks ulduzu Menni Pakyaonun 2 milyon 233 min 664, Manila meri İsko Morenonun 1 milyon 512 min 344, keçmiş milli polis rəisi Panfilo Laksonun 723 min 218 səs topladığı məlum olub.

67 milyondan çox seçicinin səs verdiyi seçkidə səslərin təxminən 45 milyonu sayılıb.