Etirazçılar baş nazirin iqamətgahını YANDIRDILAR

 23:59 09.05.2022     468

Şri-Lankada hökumət əleyhinə etiraz aksiyaları davam edir.

Redaktor.az xəbər verir ki, bu barədə “ANI News” xəbər agentliyi məlumat yayıb.

Etirazlar zamanı 5 nəfər ölüb.

Ümumilikdə 150-yə yaxın insan yaralanıb.

Hadisələr fonunda baş nazir Mahinda Rajapaksa istefa verib.

Ada dövlətinin şimal-qərb hissəsindəki Kuruneqala şəhərində Rajapaksa məxsus ev etirazçılar tərəfindən yandırılıb.

Onlar həmçinin bir neçə deput və nazirin evini yandırdıqları bildirilir.

“Şri-Lankada emosiyalar gərgin olduğu üçün mən insanlarımzı təmkinli olmağa və zorakılığa son qoymağa çağırıram. Bizim düşdüyümüz bu iqtisadi böhrandan çıxmaq üçün hökumət həll yolları axtarır”, - deyə nazir “Twitter“səhifəsində yazıb.

Adada komendant saatı tətbiq edilib.

Aprelin əvvəlindən ölkədə əhalinin həyat şəraitinin pisləşməsinə, yanacağın, ərzaq və zəruri malların çatışmazlığına qarşı kütləvi etiraz aksiyaları davam edir.

Böhrana pandemiya ilə əlaqədar xarici turizmin azalması səbəb olub ki, bu da valyuta ehtiyatlarının azalmasına səbəb olub.

Şri-Lankanın xarici borcu 51 milyard dollar qiymətləndirilir.

2