Etirazçılar Paşinyanın qızına bahalı restoranda rast gəldilər: “Məryəmə və onun atasına...” - VİDEO

 03:57 10.05.2022     164

Ermənistanın baş naziri Nikol Paşinyanın qızı Məryəm ötən gün ölkədəki dəbdəbəli restoranlardan birində görüntülənib.

Redaktor.az xəbər verir ki, baş nazirin qızının restoranda peyda olması ölkədəki etirazçıların da gözlərindən yayınmayıb.

Sosial şəbəkənin erməni seqmentində yer alan məlumatlarda deyildiyi kimi, restoranın ətrafında toplanan bir qrup müxalif fəal "Məryəmə və onun atasına erməni xalqı adından salam deyib".

Həmçinin etirazçılar "türklərsiz Ermənistan!" şüarı da səsləndiriblər.

N.Paşinyanın qızı Məryəm isə bütün bunlara məhəl qoymayaraq, sakit tərzdə restoranda əyləşməyə davam edib (oxu.az).