Rusiyanın Ukraynadakı canlı qüvvə itkisi 26 minə ÇATDI

 10:36 10.05.2022     275

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 26 000 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 170 ədəd tankı, 2 808 ədəd zirehli döyüş maşını, 519 ədəd artilleriya sistemi, 185 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 87 hava hücumundan müdafiə sistemi, 199 ədəd hərbi təyyarəsi, 158 ədəd helikopteri, 94 qanadlı raket, 1 980 ədəd nəqliyyat vasitəsi, 12 ədəd gəmi/kateri, 380 ədəd dronu və 41 ədəd xüsusi texnikası məhv edilib.