Almaniyalı nazir Kiyevə gəldi

Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynaya səfər edib.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “Deutsche Welle” yayıb.
Berbok səfərinin əvvəlində Buça şəhərini ziyarət edib. Onu sözügedən əraziyə səfəri zamanı Ukraynanın Baş prokuroru İrina Venediktova müşayiət edib.
Berbok həmçinin Kiyevdə Almaniya səfirliyinin yenidən açılışında da iştirak etməyi planlaşdırır.
Almaniyanın XİN rəhbəri günün ikinci yarısında ukraynalı həmkarı Dmitri Kuleba ilə danışıqlar aparacaq.
Qeyd edək ki, bu, Rusiyanın fevralın 24-ü Ukraynaya hücumundan bu yana Almaniya hökuməti nümayəndəsinin Ukraynaya ilk səfəridir.