ÜST Rusiyanı müharibəni dayandırmağa çağırdı

 16:00 10.05.2022     437

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) müharibə başlayandan Ukraynanın səhiyyə müəssisələrinə 200 hücumu təsdiqləyib.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus Ukraynaya iki günlük səfərindən sonra Kiyevdə deyib.

Baş direktor Rusiyanı tibb müəssisələrinə hücumları dayandırmağa çağırıb:

“Bir dərman var ki, Ukraynaya bu hər şeydən çox lazımdır, lakin ÜST bunu təmin edə bilmir. Ona görə də biz Rusiya Federasiyasını bu müharibəni dayandırmağa çağırırıq”.

Baş katib ÜST-ün Ukraynanın səhiyyə sisteminə dəstəyini davam etdirəcəyini bildirib.