Şri-Lankada etiraz aksiyaları: Prezidentin evi yandırıldı, deputat öldürüldü - VİDEO

 16:13 10.05.2022     267

Şri-Lankada iğtişaşlar zamanı 230-dan çox insan yaralanıb, yeddi nəfər ölüb. Qurbanlar arasında hakim partiyadan olan deputat da var.

Məlumata görə, etirazçılar istefaya yollanan baş nazir Mahinda Racapaksa və onun qardaşı, Prezident Qotbayi Racapaksanın ailəsinin evini yandırıblar. Bundan başqa, daha üç keçmiş nazir və iki deputatın da evinə od vurulub.

Qeyd edək ki, koronovirus pandemiyası fonunda yaşanan ciddi iqtisadi çətinliklərlə əlaqədar mayın 9-dan etibarən Şri-Lankada işğtişaşlar başlayıb. Polis qarşıdurmanı dağıtmaq üçün su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib. Asayişin qorunmasına ordu bölmələrinin cəlb olunduğu bildirilir.

Qarşıdurmalar tezliklə siyasi böhrana çevrilib, baş nazir Mahinda Racapaksa istefa verib.

Hazırda Şri-Lankada komendant saatı və fövqəladə vəziyyət hökm sürür.