Rusiyada qubernator istefa verdi: “Heç vaxt kresloya bağlanmamışam"

 15:37 10.05.2022     94

Rusiyanın Tomsk vilayətinin qubernatoru Sergey Jvaçkin istefa verib.

Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə region administrasiyasının rəsmi saytında bildirilib.

Sergey Jvaçkinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin onun istefasını dəstəkləyib: “Heç vaxt kresloya bağlanmamışam. Bu kimi vəziyyət istefa qərarımı müəyyənləşdirib”.

Qeyd edək ki, bu il Sergey Jvaçkinin 65 yaşı tamam olub.