Ukraynaya taktiki nüvə zərbəsi endirilə bilərmi? - Rusiya XİN-dən açıqlama

 16:59 10.05.2022     318

“Moskvanın nüvə silahından istifadəsinin prinsipləri və şərtləri Rusiya Federasiyasının hərbi doktrinasında təsbit olunub, Rusiyanın Ukrayna ərazisinə preventiv taktiki zərbəsinin mümkün olub-olmaması sualına da burada cavab axtarmaq lazımdır”.

Redaktor.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu sözləri Rusiya XİN rəhbərinin müavini Aleksandr Qruşko deyib.

“Bizim hərbi doktrinamız var, orada hər şey yazılıb. Bu doktrina orada dəqiqliklə yazılanlardan başqa heç bir şərhə yer qoymur”, - deyə nazir müavini bildirib.