Rusiyada istefalar başladı

Rusiyanın Mariy El Respublikasının başçısı Aleksandr Evstifiyev istefa verib.
Redaktor.az xəbər verir ki, bu barədə respublika başçısı istefa ərizəsi yazıb.
Beləliklə, Rusiyada gün ərzində vəzifəsindən istefa verən region başçılarının sayı 4-ə yüksəlib.
***
Rusiyada bir gün ərzində üç qubernator istefa verib.
Redaktor.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilib ki, ölkənin Saratov vilayətinin qubernatoru Valeri Radayev, Kirov vilayətinin qubernatoru İqor Vasilyev, Tomsk vilayətinin qubernatoru Sergey Jvaçkin istefa verib.