Keçmiş deputat beynəlxalq axtarışa verildi

 18:00 10.05.2022     501

Ukraynanın Dövlət Təhqiqat Bürosu Ali Radanın keçmiş deputatı İlya Kivanı beynəlxalq axtarışa verib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı qurumun Mətbuat xidməti yayıb.

Bildirilir ki, Kiva Rusiya ərazisində olarkən ölkə televiziyasında şoulardan birinə qatılıb və Ukraynada konstitusiya quruluşunun zorakılıq yolu ilə dəyişdirilməsinə və hakimiyyətin ələ keçirilməsinə dair çağırışlar edib.

Qeyd olunub ki, ukraynalı eks-deputat dövlətə xəyanətdə ittiham olunur.

Büro əməkdaşları Kiva barəsində istintaqı yekunlaşdırıb və mayın 10-da ittiham aktını məhkəməyə göndəriblər. Sabiq millət vəkilini əmlakı müsadirə olunmaqla 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.