ABŞ-dan Ukraynaya 40 milyard dollarlıq DƏSTƏK

 08:35 11.05.2022     373

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya ümumilikdə təxminən 40 milyard dollarlıq dəstəyi nəzərdə tutan genişmiqyaslı yardım paketini təsdiqləyib.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, yardım paketi daha sonra Konqresin Senatına göndəriləcək.

Senatdakı çoxluğun lideri Çak Şumer bildirib ki, paket Nümayəndələr Palatası tərəfindən təsdiq edildikdən sonra Senat onu təsdiqləmək və imza üçün Prezident Co Baydenə göndərmək üçün "cəld hərəkətə keçəcək".